Honq Konqun ən zəngin adamı koronovirusun qarşısının alınması üçün 18 milyon dollar pul ayırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 91 yaşlı iş adamı Li Ka Şinq-in virusdan qorunmaq üçün ayırdığı pul Çinin Qırmızı Xaç Cəmiyyəti ilə paylanılacaq.
Qeyd edək ki, Li Ka Şinqin 28,3 milyard dollar sərvətinin olduğu bildirilir.