ABŞ dünyada ən güclü nüvə silahı yaratmağı planlaşdırır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp qubernatorlarla görüşdə deyib.
O, Rusiya ilə ölkəsi arasında nüvə sazişinin imzalanmaması halında ən güclü nüvə arsenalı yaradacaqlarını əlavə edib.
“Yeganə yol ən güclü nüvə silahı arsenalı yaratmaqdan ibarətdir”.
O, Çinlə Rusiyanın danışıqlara hazır olduğunu da diqqətə çatdırıb.