Milli Məclisin yaz sesiyasının plenar iclası davam edir. Modern.az saytı xəbər verir ki, Yol hərəkəti haqqında" qanununa dəyişikliklər müzakirə olunan zaman Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov telekanalları parlamentin işini düzgün işıqlandırmamaqda günahlandırıb.
Vise-Spöiker televiziya kanallarının Milli Məclisin iclasının yalnız birinci hissəsini çəkməyə gəldiklərini deyib: “Gəlirlər görsünlər, kim-kiminlə dalaşacaq? Onları qalmaqallar maraqlandırır. Efirlərini gic-gic verilişlərlə doldururlar”.
Z.Əsgərov yaxşı olardı onlar Milli Məclisdə müzakirə edilən, qəbul olunan qanunların izahatı, təbliği ilə məşğul olsunlar: “Bəzən qanunlarımızın dili ağır olur, onları heç də hamı başa düşə bilmir. Televiziya jurnalistləri bu məsələyə fikir versələr, yaxşı olar”.
Z.Əsgərov onuda bildirib ki, bu yaxınlarda iki telekanalın rəhbərinə dedim ki, nə qədər olar, kürəkən qayınatanı öldürdü, filan yerdə avtomobil aşdı kimi xəbərlər vermək olar? Bununla siz xalqa nə demək istəyirsiniz. Onlar mənə dedilər ki, istəmirsinizsə, başqa yerə baxın. O gündən mən həmin iki telekanala ümumiyyətlə baxmıram”.
Modern.az