Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət daxil olub.
Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, xəstələr xəstəxanaya yerləşdirilib:
“Onlarda diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub. Müraciət edən şəxslər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib”.