Modern.az

AVRONEST Ermənistanı işğalıçı kimi tanıdı – EKSKLÜZİV

AVRONEST Ermənistanı işğalıçı kimi tanıdı – EKSKLÜZİV

Parlament

6 Aprel 2012, 18:14

Yekun sənədin mətnində Dağlıq Qarabağın işğal olunmasını təsdiq edən  Avropa Parlamentinin 2010-cu il qətnaməsinin nəzərə alınması barədə müddəa var

“AVRONEST-in Bakı sessiyası ilə bağlı yekun sənədin mətnində Dağlıq Qarabağın  işğal olunmasını təsdiq edən Avropa Parlamentinin 20 may 2010-cu il qətnaməsinin nəzərə alınması barədə müddəa var. Bu isə AVRONEST-in Ermənistanı işğalçı dövlət kimi qəbul etdiyini göstərir”.

Bu barədə Modern.az saytına Milli Məclisin deputatı, AVRONEST-dəki Azərbaycan  nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib. Onun sözlərinə görə, bu sənəd faktik olaraq qurumun Ermənistanı işğalçı saydığını göstərir.

“AVRONEST Parlament Assambleyasında ilk dəfə idi ki, belə bir sənəd qəbulu olunurdu. Qeyd edim ki, Avropa Parlamentinin 20 may 2010-cu il tarixli qətnaməsi var. Həmin qətnamə Cənubi Qafqazda Avropa İttifaqının strategiyasına dair sənəddir. Orada Ermənistan işğalçı kimi tanınır. Bu dövlətin Azərbaycan ərazilərini işğal etdiyi və məcburi köçkünlər məsələsi qətnamədə qeyd olunur. Məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qeyri-şərtsiz tələb var”-deyə deputat vurğulayıb.

A. Quliyev bildirib ki, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitənin iclasında qəbul edilən bu sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsi bir daha  vurğulanır:

“Bu məsələnin beynəlxalq hüquq norması çərçivəsində  həlli tələb olunur. Komitədə bu məsələlər qeyd olundu və Avropa Parlamentinin adıçəkilən sənədinə istinad olundu. Bu o deməkdir ki, bundan sonra AVRONEST  Parlament Assambleyasında Dağlıq Qarabağla bağlı qaldırılımış bütün məsələlərdə  həmin qətnaməyə istinad ediləcək. İndiyə kimi biz nə zaman iclaslarda  Dağlıq Qarabağdan danışırdıq, o zaman irad tutudular ki, ki, bu, AVRONEST Parlament Assambleyasına aid deyil. Onun  bununla bağlı hər hansı bir əlaqəsi yoxdur. Bundan sonra isə hesab edirəm ki, biz asanlıqla həmin qətnaməyə istinad edərək Dağlıq Qarabağla bağlı  siyasətimizi apara biləcəyik” –deyə millət vəkili vurğulayıb.

A. Quliyevin sözlərinə görə, sessiyadakı müzakirələrdə bunun o qədər də fərqinə varılmayıb. “Əslində isə bu, bizim dəyişikliyimiz idi və bu qəbul olundu. Nəzərinizə çatdırım ki, həmin hesabatın müəlliflərindən biri də Artur Sakaryan adlı erməni idi. Qətnamədən sonra hesab edirəm ki, AVRONEST Parlament Asambleyasının bütün rəsmilərinin bu bəhanəsi aradan qalxacaq. Bütün tədbirlərdə buna istinad  edəcəyik. Qarabağla bağlı müzakirələrdə bütün rəsmilər buna istinad etmək zorunda qalacaqlar”.

Onun sözlərinə görə, lomitənin qəbul etdiyi sənəd AVRONEST üçün vahid strategiya kimi qəbul edilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım