Bu gün Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Çingiz Qənizadə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə qarşı bir sıra ağır ittihamlar səsləndirib. “Azərenerji”ni korrupsiyada ittiham edən deputat ASC-ni bütün əməliyyatlarını AZENCO şirkəti ilə birlikdə aparmaqda suçlayıb və deyib ki, həmin şirkət E.Pirverdiyevə yaxındır.
Millət vəkili “Azərenerji” ilə bağlı heç bir ölçü götürülmədiyini də deyib. O təklif edib ki, Hesablama Palatası “Azərenerji” ilə bağlı apardığı araşdırmaları Baş Prokurorluğa göndərsin.