Modern.az

Magistraturaya sənəd qəbulu başa çatır

Magistraturaya sənəd qəbulu başa çatır

Təhsil

13 Fevral 2020, 09:56

Magistraturaya ərizə qəbulu bu gün başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

 

Qeyd edək ki, 13 fevral saat 10.45-ə olan məlumata əsasən, 13955 bakalavr (Azərbaycan bölməsi - 12824; rus bölməsi - 1131)ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 900 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər. 

 

Bakalavrlar “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub və təsdiq etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub