Modern.az

Bakı Şəhər İcra Hakimiyyətinin yeni mətbuat katibi: “Jurnalistlərlə işləmək borcumdur”

Bakı Şəhər İcra Hakimiyyətinin yeni mətbuat katibi: “Jurnalistlərlə işləmək borcumdur”

14 Fevral 2020, 09:52

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) yeni təyin olunan mətbuat katibi Metin Hüseynov ilk təəssüratlarını Modern.az-la bölüşüb.

 

İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə bu vəzifəyə təyin olunan M.Hüseynov jurnalistlərlə sıx əməkdaşlıq çərçivəsində çalışacağını bildirib:

 

“Mən bu vəzifəyə cənab başçının əmrilə təyin olunmuşam. Jurnalistlərlə işləmək mənim vəzifə borcumdur.

 

Onlara cavab verib-verməmək mənim istəyimdən asılı olan məsələ deyil, bu, vəzifəmdir. Cənab başçının tapşırığına əsasən jurnalistlərlə sıx əlaqədə olacağam”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var