Modern.az

Rüşvət üstündə tutulan icra nümayəndəsi həbsdən buraxıldı

Rüşvət üstündə tutulan icra nümayəndəsi həbsdən buraxıldı

Təhsil

7 Aprel 2012, 17:42

Ötən ilin sonlarında rüşvətxorluq ittihamı ilə saxlanılar Masallı rayonu İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə ərazi nümayəndəsi Laçın Sadıqzadə bu gün – aprelin 7-sə azadlığa buraxılıb. Hüquq-mühafizə orqanlarından Modern.az saytına verilən məlumata görə, məhkəmə Laçın Sadıqzadə barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, L.Sadıqzadə Masallı rayon sakini Alışov Rasim Mirzağa oğlunun müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən saxlanılmışdı.

O, adı çəkilən vətəndaşdan mağaza tikintisinə görə 2 min manat rüşvət alarkən cinayət başında yaxalanmışdı. Daha sonra fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdı.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu