Modern.az

Günəşlidə 32 yaşlı qadın bıçaqlandı

Günəşlidə 32 yaşlı qadın bıçaqlandı

Aktual

16 Fevral 2020, 22:14

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  “Report”a  istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci təvəllüdlü Əliyeva Gülnar Qabil qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib.

Müayinə zamanı onun bədənində çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Yaralı dərhal əməliyyat olunub, vəziyyəti ağırdır.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi