Modern.az

Partiya sədri: “Bu liderlərlə hakimiyyətə heç cür təsir etmək olmaz”

Partiya sədri: “Bu liderlərlə hakimiyyətə heç cür təsir etmək olmaz”

Təhsil

9 Aprel 2012, 18:31

“Bu liderlərlə, bu enerji və intellektlə hakimiyyətə heç cür təsir etmək olmaz. Milli hökuməti çökdürmüş, hakimiyyəti indiki hakimiyyətə təhvil vermiş bu adamlara millətin inamının yaranması məncə cox çətindir, bəlkə də bu adamlara millət heç vaxt inanmayacaq”.

Bu sözləri Modern.az –a açıqlamasında Azadlıq partiyasının sədri Əhməd Oruc bildirib. Onun sözlərinə görə,  8 aprel aksiyası daha çox iqtidarın işinə yarıyıb. Azadlıq sədrinin fikrincə, hamıya bəlli oldu ki, bundan sonra həmin meydana dünənkindən 10-20 dəfə artıq adam yığılsa belə, bu liderlərlə heç nə əldə olunmayacaq. Siyasətçiinin sözlərinə görə, ölkənin siyasi vitrini mütləq dəyişdirilməlidir.

“Bu adamlar baş qatmaq üçün, ölkədə real müxalifət yaranmaması üçün hakimiyyətin işinə yarayır. İqtidar dünənki mitinqi dünyaya göstərib, “bizdə də müxalifət var, hətta mitinqdə keçirir” deyəcək. Bununnla da hakimiyyətə olan beynəlxalq təzyiqlər sənğiyəcək”-deyə Ə.Oruc vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu