Modern.az

Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı

Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı

20 Fevral 2020, 22:02

Dəniz quldurları Nigeriyanın Laqos şəhəri yaxınlığında Liberiya bayrağı altında üzən tankerə hücum edərək 10 dənizçini qaçırıblar.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, qaçırılan dənizçilərdən dördünün Gürcüstan vətəndaşı olduğu bildirilir.

 
Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyat Agentliyindən verilən məlumata görə, agentlik gəmi sahibi ilə əlaqə saxlayır və vətəndaşların kimliyi dəqiq müəyyənləşdirildikdən sonra qaçırılanların ailələrinə ətraflı məlumat veriləcək.

Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin sözlərinə görə, vətəndaşların sərbəst buraxılması istiqamətində fəal işə başlanılıb və tərəfdaş ölkələrlə əlaqə saxlanılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI