Modern.az

“Siyasi partiyalar haqqında” qanuna dəyşikliklər gərginliyə səbəb oldu

“Siyasi partiyalar haqqında” qanuna dəyşikliklər gərginliyə səbəb oldu

Parlament

10 Aprel 2012, 13:15

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub. Modern.az xəbər verir ki, layihə barədə məlumat verən komitə sədri Əli Hüseynli qanunun Azərbaycanın siyasi islahatlar sistemində əsas amil olduğunu deyib.

Müzakirələrdə çıxış edən Ümid partiyasının sədri, deputat İqbal Ağazadə bildirilib ki, yeni qanunda siyasi partiyaların qeydiyyatı sadələşdirilməlidir. O həmçinin dəyişilklərdə göstərilən siyasi partiyaların proqramının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmasına öz etirazını bildirib. İ.Ağazadə deyib ki, hər partiyanın seçkilərdə müəyyən taktikası olur ki, onu da açıqlamaq məcburiyyətində qalmalı deyil. O, partiyaların dövlət tərəfindən maliyyəşmə mexanizminə də öz iradını bildirib.
“Seçkilərdə cəmi 2 dairədən namizəd irəli sürən və təsadüfən 1 deputat yeri qazanan partiya ilə 125 dairədən namizəd irəli sürüb 1 deputat yeri qazanan partiyalara eyni həcmdə dövlət vəsaitinin ayrılması ədaqlətsizlikdir. Buna ciddi diqqət yetiriləmlidir”-deyə, o əlavə edib.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, siyasi partiyalar yalnız dövlət büdcəsindən maliyələşməlidir. O hesab edir ki, hansısa fiziki və yaxud hüquqi şəxsin partiyanın fəaliyyətini maliyyələşdirilməsi zamanı həmin partiyanın o şəxsdən asılılığı yaranır. O həmçinin qeyd edib ki, maliyyə vəsaiti yalnız Milli Məclisdə təmsil olunan partiyalara ayrılsın.
“Bu belə olmasa, gələcəkdə siyasi partiyaların yaradılmasını kommersiya obyekti kimi baxacaq”-deyə, BAXCP sədri vurğulayıb.

Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı da qanuna dəyişiklikləri mütərəqqi hal adlandırıb. O da qeyd edib ki, siyasi partiyaların qeydiyyatını sadələşdirməyə ehtiyac var.

Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc qanuna dəyişikliklərin Venesiya Komissiyası tərəfindən rəy  verildiyini qeyd edərək, Komissiyanın məqbul hesab etmədiyi bir sıra qərəzli müddəalarını da bildirib.
“Venesiya komissiyası qanunda edilən dəyişikliklərdə xarici vətəndaşların partiya təsis etmək qadağasına etyiraz edib. Halbuki bir sıra Avropa ölkələrində də bu qadağa var”-deyə, o, əlavə edib. Z.Oruc həmçinin qanuna dəyişiklər hazırlanarkən təklif olunan 5 min nəfər üzvü olan partiyalara maliyyə vəsaitinin verilməsini də müsbət hesab edib.

İclasda həmçinin Fərəc Quliyev, Sabir Rüstəmxanlı, İlyas İsmayılov da qanuna dəyişikliklərə münasibətini bildiriblər. Qeyd edək ki, müzakirlərdə ATƏT Bakı ofisinin nümayəndəsi də iştirak edir.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım