Modern.az

MSK-nın sədr müavini namizədlərə irad tutdu

MSK-nın sədr müavini namizədlərə irad tutdu

21 Fevral 2020, 17:24

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiyanın sədr müavini Rövzət Qasımov namizədlərə irad bildirib.

 

Modern.az xəbər verir ki, komissiyanın iclasında çıxış edən Rövzət Qasımov namizədlərin iddialı olduğunu vurğulayıb:

 

“Seçki prosesinə hər kəs subyektiv olaraq yanaşır. Namizədlər özünün haqlı olduğunu düşünürlər. Hər bir namizəd seçkilərdən sonra da hələ bir müddət özünün iddialarını diqtə etməyə çalışır. Həqiqət isə onların, mənim, bir başqasının gördüyü deyil. Əsl həqiqət buradakı 18 nəfər ekspert qrupunun ümumi verdiyi qərardır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu