Modern.az

MSK Şahin İsmayılovun dairəsində məntəqələrin nəticəsini ləğv etdi

MSK Şahin İsmayılovun dairəsində məntəqələrin nəticəsini ləğv etdi

21 Fevral 2020, 17:49

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 81 saylı Beyləqan seçki dairəsi üzrə daxil olan müraciətlər müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, müraciətlər haqqında MSK üzvü Nizami Məmmədov məlumat verib.

 

MSK-nın ekspert qrupunun rəyi əsasında qərara alınıb ki, həmin dairənin dörd məntəqəsinin nəticələri etibarsız sayılsın. Nəticəsi ləğv olunanlar 81 saylı Beyləqan seçki dairəsinin 1,4,6,31 saylı seçki məntəqələridir.

 

Qeyd edək ki, 9 fevral parlament seçkilərinin ilkin nəticələrinə görə bu dairədən lider namizəd Şahin İsmayılovdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza