Modern.az

Naftalanda “kompüter istifadəçisi” peşə hazırlığı kursu təşkil olundu - FOTO

Naftalanda “kompüter istifadəçisi” peşə hazırlığı kursu təşkil olundu - FOTO

21 Fevral 2020, 19:40

Naftalan Şəhər İcra Hakimiyyəti və şəhər Məşğulluq Mərkəzi tərəfindən Heydər Əliyev Mərkəzində “kompüter istifadəçisi” peşə hazırlığı kursu fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, kursun açılışında iştirak edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində əmək bazarında yeni peşələrə olan tələbatın artmasından, məşğulluq xidməti orqanları tərəfindən işaxtaran və işsiz vətəndaşların, xüsusilə də gənclərin sosial müdafiəsinə yönəldilmiş bir sıra fəal məşğulluq tədbirlərinin həyata keçirilməsindən, işsiz əhalinin işlə təmin olunması imkanlarının genişləndirilməsi üçün peşə hazırlığı kurslarının təşkilinin vacibliyindən danışıb.

 

Kurs Naftalan şəhər Məşğulluq Mərkəzində qeydiyyatda olan müvəqqəti işsiz şəxslər  üçün 2 aylıq təşkil olunub və iştirakçılar 250 manat məbləğində təqaüdlə təmin olunacaqlar.

 

Kursda dərslər şəhərin tam orta məktəblərinin müəllimləri tərəfindən tədris edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI