Modern.az

Aydın Hüseynovun dairəsində daha bir məntəqə ləğv OLUNDU

Aydın Hüseynovun dairəsində daha bir məntəqə ləğv OLUNDU

22 Fevral 2020, 16:41

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 11 saylı Qaradağ seçki dairəsindən daxil olan müraciətə baxılıb.

 

 

Modern.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O qeyd edib ki, həmin dairədən müraciət ünvanlayan qeydə alınmış namizəd Kamil Paşayevdir.


MSK katibi müraciətin araşdırıldığını, müqayisəli proses həyata keçirildiyini deyib. O 25 saylı seçki məntəqəsində seçicilərin iradəsini ifadə etməyə imkan verməyən faktların aşkar olunduğunu bildirib.

 


A.Muxtarovanın təklifi, MSK-nın ekspert qrupunun rəyi ilə 11 saylı Qaradağ seçki dairəsinin 25 saylı seçki məntəqəsində nəticələr ləğv edilib.


Beləliklə, K. Paşayevin müraciəti qismən təmin edilib.

 


Qeyd edək ki, həmin dairədən qalib namizəd Aydın Hüseynovdur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi