
Milli Məclisin növbəti plenar iclası aprelin 17-də keçriləcək. Bunu Modern.az saytına açıqlamasında deputat Zahid Oruc deyib. O bildirib ki, parlamentin plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi, “Ombudsmana əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
“Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub. Bu qanun layihəsinə artıq iki komissiyada baxılıb. O cümlədən Ombudsmanın imzası ilə daxil olmuş qanun layihəsi, yəni ombudsmana hərbi hissələrə xəbərdarlıq etmədən getmək səlahiyyətinin verilməsi ilə bağlı qanun layihəsi də plenar iclasa çıxarılacaq”.
Zahid Oruc qarşıdakı iclasda bir sıra qanunlara, “İnformasiya əldə etmək haqqında” Qanuna, Cəzaların İcrası Məcəlləsinə, “Psixatriya yardımı haqqında” Qanuna, Seçki Məcəlləsinə, İnzibati Prosessual Məcəlləyə və s. xırda dəyişiklər ediləcəyini deyib.
Aytən ƏLİYEVA