Modern.az

43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı

43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı

Aktual

23 Fevral 2020, 17:47

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 43 saylı Sumqayıt üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciəti səsləndirən MSK üzvü Qabil Orucov həmin dairədən qeydə alınmış namizəd Mehriban Mirzəliyevanın şikayət etdiyini deyib. Namizəd iddia edib ki, həmin dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulması qeydə alınıb. MSK üzvünün sözlərinə görə, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb.

MSK-nın ekspert qrupunun rəyi ilə şikayət əsassız hesab edilib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi