Modern.az

Prezident Gəncə və Sumqayıta 10 milyon manat pul ayırdı

Prezident Gəncə və Sumqayıta 10 milyon manat pul ayırdı

11 Aprel 2012, 18:43

Modern.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, prezidentin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılacaq.

İlham Əliyev Sumqayıt şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sumqayıt şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan  Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 (beş) milyon manat  ayrılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu