Müsavat partiyasının qurultayla bağlı müraciətinə baxılıb müvafiq cavab veriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Modern.az-a açıqlamasında bildirib. Nazirlik rəsmisi qeyd edib ki, quruma daxil olan digər müraciətlər kimi Müsavat partiyasının da məktubuna baxılıb müvafiq cavab veriləcək.
“Əgər nazirliyə rəsmi məktubla müraciıt olunubsa, mütləq bu məktuba baxılıb müvafiq cavab veriləcək. Cavabın nə zaman veriləcəyi ilə bağlı sizə dəqiq vaxt deyə bilmərəm”-deyə İ.Hümbətov bildirib.
Qeyd edək ki, Müsavat qurultayının Opera və Balet Teatrında keçirilməsi ilə bağlı nazirliyə ünvanladığı rəsmi məktuba minimum on beş gün ərzində cavab verilməlidir.
Anar RÜSTƏMOV