Modern.az

Prezident Qazax rayonuna səfər edib

Prezident Qazax rayonuna səfər edib

12 Aprel 2012, 12:03

Modern.az-ın məlumatına görə,  Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonunda olub.

Dövlət başçısı rayona səfəri zamanı mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib. Qazax Rayon İcra Hakimiyyətinin başcısı Ayaz Əsgərov prezidentə parkda aparılan abadlıq-quruculuq işləri barədə ölkə rəhbərinə məlumat verib.

Daha sonra prezident rayonda görülən işləri yüksək qiymətləndirərək müvafiq tapşırıq və tövsiyələrini verib.

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu