Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə,Bakıda və Abşeron yarımadasında aprelin 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun ötən günlərə nisbətən aşağı enəcəyi, gecə 10-15 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
Nazirlikdən bildirilib ki, aprelin 13-dən 14-ü səhərədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi və atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Aprelin 14-ü gündüz və 15-də meteoroloji amillərin iqlim norması daxilində zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
Modern.az