ABŞ prezidentinin keçmiş köməkçisi: “Rusiya Gürcüstana hucum edəcək”
“Əgər İsrail İranın nüvə obyektlərinə hucum etsə, bu Azərbaycan və İran arasında da hərbi münaqişənin başlanmasına səbəb olacaq”.
Bu sensasiaylı açıqlama ilə ABŞ prezidentinin milli təhlükəsizliik məsələləri üzrə keçmiş köməkçisi Zbiqnev Bzejinski Vaşinqton Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Qlobal təhlükəsizlik-2012” adlı Forumda çıxış edib. Modern.az bildirib ki, keçmiş dövlət katibi regionda müharibənin ciddi fəsadlar verəcəyini vurğulayıb.
“İsrail İranın nüvə obyektlərinə hucum edəcəyi təqdirdə Tehran intiqam almaq üçün Əfqanıstanda və İraqda vəziyyəti kəskinləşdirəcək. Bu situasiyada İranla Azərbaycan arasında münaqişə təhlükəsi qaçılmaz olacaq”-deyə Bzejinski vurğulayıb.
O həmçinin bildirib ki, Rusiya vəziyyətdən istifadə edərək Gürcüstanla müharibəyə başlayacaq. “Ciddi böhran olmadığı şəraitdə bu hələlik mümkün deyil. Amma belə böhranlı situasiyasının yaranma imkanı getdikcə artır”-deyə Bzejinski bildirib.
Eks-prezident köməkçisinin sözlərinə görə, İranla hərbi münaqişə Pakistandan tutmuş Aralıq dənizinə qədər olan böyük bir regionda geniş miqyasda sabitliyin pozulması ilə nəticələnəcək.
“Müharibəni başlamaq asandır. Amma heç kim bilmir ki, o nə qədər davam edəcək və neçəyə başa gələcək”-deyə politoloq çıxışında deyib. Bzejinski ABŞ rəsmilərinin avtoritar idarəşiliyi olan ölkə rəhbərlərinə yönəlik “hakimiyyətdən getmək” barədə bəyanatları tənqid edib.
Politoloq qeyd edib ki, “avtoritar rəhbərlər hakimiyyətdən getməlidir” məzmunlu bəyanatlara son qoymaq lazımdır.
“Avtoritar dövlət başçılarınınn iqtidardan necə getməsi barədə əldə real plan olmadan bu məzmunda bəyanatları dayandırmaq lazımdır. Belə rəsmi açıqlamalar problemi həll etmir, yalnız onu dərinləşdirir”-deyə Bzejinski vurğulayıb .
Yaxın Şərqdəki vəziyyəti qiymətləndirən Bzejinski “ərəb baharına” da toxunub. Politoloq deyib ki, Qərbin bu regionda situasiyaya müdaxilə etmək imkanları azalmaqdadır.
”Bizə digər oyunçularla işləmək zərurətə çevrilib. Biz həddən artıq ehtiyatlı olmaq lazımdır”-deyə o, vurğulayıb.
Xaqani SƏFƏROĞLU