Modern.az

Ziyalılar Forumu sabah növbəti tədbirə toplaşacaq

Ziyalılar Forumu sabah növbəti tədbirə toplaşacaq

12 Aprel 2012, 13:26

Modern.az xəbər verir ki, aprelin 12-də Ziyalılar Forumunun növbəti tədbiri keçriləcək.

Forumun qurucularından Eldar Namazov Modern.az-a bildirib ki, RATİ-də keçiriləcək tədbirin müzakirə predmeti Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesilə bağlı olacaq.

“Biz çalışacağıq ki, son illər Azərbaycan vətəndaş cəmiyyətinin qurucuları olan QHT-lərdən irəli sürülən ən önəmli təşəbbüsləri müzakirə edək. Tədbirə eyni zamanda həmin təşəbbüslərin müəllifləri də dəvətlidir və onların da çıxışları olacaq. Ümumiyyətlə, hesab edirik ki, maraqlı müzakirələr keçriləcək”.

E.Namazov tədbirdə eyni zamanda müxtəlif maraqlı təşəbbüslərin uzlaşdırılması, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bir-birinin fəaliyyətinə dəstəyi barədə fikir mübadiləsi aparılacaq.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu