Modern.az

Şimal bölgəsində kanalizasiya sistemi yenidən qurulacaq

Şimal bölgəsində kanalizasiya sistemi yenidən qurulacaq

12 Aprel 2012, 17:41

Modern.az xəbər verir ki, Azərbaycan  Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı sistemlərinin bir hissəsinin yenidən qurulması  üzrə keçirilmiş beynəlxalq müsabiqəli tender yekunlaşıb və “Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyəti qalib elan edilib. Bununla əlaqədar “Azərsu” ASC ilə  “Azərsutəchizattikinti” ASC  arasında podrat müqaviləsi imzalanıb və tikinti işlərinə hazırlıqlara başlanılıbdır. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyətinin 15-25 aprel tarixlərində ölkəmizə gözlənilən səfəri çərçivəsində bu layihələr üzrə təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri tamamilə yenidən qurulacaq. Tikinti-quraşdırma işlərinin 2013-cü ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. 

Qeyd edək ki, Azərbaycan  Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” 10 şəhər və rayon mərkəzində (Salyan, Şirvan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair Kredit Sazişi  29 may 2009-cu il tarixdə imzalanmış və sazişə əsasən Yaponiya tərəfi 10 şəhər və rayon mərkəzində görüləcək işlərə 38 milyard Yapon yeni (təqribən 400 milyon ABŞ dolları) kredit ayıracaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu