Modern.az

Tacikistanda parlament seçkiləri keçirilir

Tacikistanda parlament seçkiləri keçirilir

Dünya

1 Mart 2020, 10:37

Bu gün Tacikistanda parlamentin aşağı palatasına seçkilər keçirilir.

 

Modern.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 6:00-da başlayıb.

 

Səsvermələr ölkənin bütün şəhər və rayonları üzrə 3 412 seçki məntəqəsində keçirilir. Parlamentin aşağı palatasına seçkilər hər beş ildən bir təşkil olunur. Bu, Tacikistanın müstəqillik dövründə (1991-ci ildən) altıncı seçkilərdir.

 

Ölkə vətəndaşları 63 deputatı seçəcəklər.

 

Seçkilərdə yeddi siyasi təşkilat - Tacikistanın Xalq Demokratiyası Partiyası, Aqrar Partiya, İqtisadi İslahatlar Partiyası, Demokrat Partiyası, Sosial Demokrat Partiyası və Kommunist Partiyası iştirak edir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi