Modern.az

İsmayıllıda avtomobil ağaca çırpıldı: 1 ölü, 1 yaralı

İsmayıllıda avtomobil ağaca çırpıldı: 1 ölü, 1 yaralı

Hadisə

1 Mart 2020, 12:06

 

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın yerli bürosunun xəbərinə görə hadisə rayonun Quşencə kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Eysan Nemət oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca və qaz borusuna çırpılıb.

 

Hadisə zamanı sürücü E.Əliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Xələfov Səbuhi Zabit oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi