Modern.az

İtaliyanlar Özbəkistanda zəfəran biznesinə girişdi: 20 milyon dollar

İtaliyanlar Özbəkistanda zəfəran biznesinə girişdi: 20 milyon dollar

Dünya

1 Mart 2020, 13:21

İtaliyanın “Opera SRL” şirkəti Özbəkistanda zəfəran plantasiyaları salacaq, bunun üçün ilkin mərhələdə 20 milyon dollar həcmində vəsait ayrılıb.

 

Modern.az "Azərtac"a istinadla xəbər verir ki, bunu şirkətin prezidenti Paolo de Anjelis Daşkənddə özbək tərəfi ilə keçirilən görüşdə bildirib. O deyib ki, artıq Çizzax vilayətinin Baxmal rayonunda zəfəran plantasiyaları salmaq üçün 400 hektar torpaq sahəsi ayrılıb və burada müxtəlif növ zəfəran yetişdiriləcək.

 

Şirkət məhsulu dünya bazarına çıxarmağı planlaşdırır.

 

Xatırladırıq ki, zəfəranın 85 növü dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycan, İran, Hindistan, Əfqanıstan, İspaniya, Yunanıstan, İtaliya, Özbəkistan və digər ölkələrdə yetişdirilir.

 

Kulinariya, əczaçılıq, parfümeriya sahələrində geniş istifadə olunan zəfəranın beynəlxalq bazarda 1 kiloqramının qiyməti növündən asılı olaraq 8-30 min dollar arasında dəyişir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular