Modern.az

Finlandiyada daha iki nəfər koronavirusa yoluxdu

Finlandiyada daha iki nəfər koronavirusa yoluxdu

Dünya

1 Mart 2020, 16:39

Finlandiyada daha iki nəfər yeni tip koronavirusa yoluxub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Helsinki Universitetinin Xəstəxanası məlumat yayıb.

 

Cümə günü koronavirusa yoluxduğu təsdiqlənən şəxslə ünsiyyətdə olmuş iki nəfərdə – yaşlı şəxs və uşaqda koronavirus aşkarlanıb. Hər iki şəxs özünü yaxşı hiss edir.

 

Qeyd edək ki, Finlandiyada ilk virusa yoluxma faktı fevralın 26-da, ikinci yoluxma faktı isə fevralın 28-də aşkarlanıb. Yoluxma faktı qeydə alınan hər iki qadın özünü yaxşı hiss edir.

 

Ümumilikdə isə ilk dəfə Finlandiyada yanvarın 24-də bir Çin vətəndaşında koronavirus aşkarlanıb. O, müalicə alaraq sağalıb və Çinə qayıdıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular