Modern.az

Çavuşoğlu və Lavrov arasında telefon danışığı baş tutub

Çavuşoğlu və Lavrov arasında telefon danışığı baş tutub

Dünya

1 Mart 2020, 17:51

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

 

Modern.az-ın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.  

 

Çavuşoğlu və S. Lavrov Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Suriyanın İdlib vilayətində yaşanan gərginliklə bağlı martın 5-də Moskvada keçiriləcək görüşləri barədə fikir mübadiləsi aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular