Modern.az

Daha bir ölkədə koronavirus aşkarlandı

Daha bir ölkədə koronavirus aşkarlandı

Aktual

1 Mart 2020, 20:55

Çexiyada da koronavirus aşkarlanıb.  

Modern.az  “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Adam Voytex keçirdiyi xüsusi mətbuat konfransında məlumat verib.

 

Onun sözlərinə görə, ölümcül virusa yoluxanların ikisi Praqanın “Na Bulovce” xəstəxanasına, biri isə Usti-nad-Labem şəhərindəki xəstəxanaya yerləşdirilib:

“Xəstələnənlərdən biri Praqaya İtaliyada təcrübə keçdikdən sonra qayıdıb. Praqa xəstəxanasının ikinci pasiyenti Milanda oxuyan amerikalıdır. Usti-nad-Labem xəstəxanasında yatan xəstə isə İtaliyadan qayıdıb, harada ki, o, dağ-xizək kurortunda istirahət edirdi”.

Qeyd edək ki, koronavirusa yoluxma faktları Çindən başqa 50-dən çox ölkədə qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir