Modern.az

“Azəriqaz” korrupsiya ittihamı ilə bağlı açıqlama yaydı

“Azəriqaz” korrupsiya ittihamı ilə bağlı açıqlama yaydı

12 Aprel 2012, 22:56

“Azəriqaz” İstehsalat Birliyi Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarşı qaldırılmış iddia ərizəsi ilə bağlı KİV-də yayılan məlumatlarla əlaqədar açıqlama yayıb. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a daxil olan açıqlamada deyilir:

- “Azəriqaz” İB cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarşı 21.10.2010-cu il tarixdə istehlak edilmiş təbii qaza görə 01.01.2010-cu il tarixə yaranmış 295.724,83  manat borcun ödənilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.     

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.01.2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 33.531,24 manat əsas borcun cavabdehdən tutularaq Birliyin hesabına ödənilməsi qət olunmuşdur. 

Qətnamədən apellyasiya şikayəti verilərək “Azəriqaz” İB-nin iddia tələbi üzrə rədd olunmuş hissəsinin təmin edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə baxışı zamanı  10.01.2007-ci il tarixli və 20.01.2008-ci il tarixli üzləşmə aktlarının daha obyektiv araşdırılması məqsədi ilə 15.07.2011-ci il tarixdə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Həmin aktlar “Azəriqaz” QSC-nin dövrünə aiddir (2007-2008-ci illər).

Məhkəmə-texniki ekspertizasının rəyinə əsasən 10.01.2007-ci il tarixli üzləşmə aktında cavabdehin möhürünün skaner olduğu, həmin üzləşmə aktındakı imzaların kimə məxsus olması, 20.01.2008-ci il tarixli üzləşmə aktına imza etmiş şəxslərin isə şəxsiyyətini müəyyən etməyin mümkün olmadığı, cavabdeh təşkilatda belə vəzifəli şəxslərin işləmədiyi müəyyən olunmuşdur.  Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq  04.11.2011 tarixdə qətnamə çıxarmışdır.

Həmin qətnamədə bildirilən məsələlərin obyektiv araşdırılması üçün hakim E.Nağıyevanın müvafiq təqdimatı əsasında iş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, 2007-2008-ci illərdə “Azəriqaz” QSC-nin Nəsimi Qaz İstismar İdarəsinin vəzifəli şəxsləri tərəfindən üzləşmə aktları saxtalaşdırılmışdır.  

Hal-hazırda bu işlə əlaqədar cinayət işi qaldırılmışdır.

Birlik tərəfindən  qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. “Azəriqaz” İB bir daha bildirir ki, üzləşmə aktlarının saxtalaşdırılması QSC dövrünə aiddir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu