Modern.az

İranda mәşhur atlet dünyasını dәyişdi

İranda mәşhur atlet dünyasını dәyişdi

Dünya

1 Mart 2020, 22:03

İranın şimal-qәrbindә yerlәşәn Qәrbi Azәrbaycan vilayәtindә mәşhur paralimpiyaçı atlet Siyamәnd Rәhman dünyasını dәyişib.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, mәşhur atletin ölüm sәbәbi ürәk çatışmazlığı göstәrilir.

31 yaşlı atlet ağırlıqqaldırma üzrә ikiqat paralimpiya çempionu, beşqat dünya çempionudur.

Qeyd edək ki, İranda indiyәdәk 978 nәfәr yeni koronavirusa yoluxub, 54 nәfәr dünyasını dәyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi