Rusiya prezidenti Vladimir Putin ölkəsinin müharibə etmək niyyətində olmadığını dilə gətirib.
Modern.az xəbər verir ki, o bu barədə “Tass” agentliyinə açıqlamasında deyib.
“Biz heç kəslə müharibə etmək niyyətində deyilik, amma müdafiə sahəsində elə şərait yaradırıq ki, başqasının da bizimlə müharibə etmək fikri ağlına gəlməsin”.
Vladimir Putin Rusiyanın hərbi büdcəsinin dünyada ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan sonra 7-ci pillədə qərarlaşdığını və ildən-ilə azaldığını xatırladıb.
“Biz elə hücum silahları yaratmışıq ki, artıq digər ölkələr bizi izləyir. Əvvəl bu cür vəziyyət yox idi”-deyə Putin söyləyib.
Rusiya lideri hipersəs silahları, o cümlədən qitələrarası raket komplekslərini nəzərdə tutduğunu əlavə edib.