Prezident: “Artıq pilotsuz uçucu aparatını sınaqdan keçirmişik”
Gürcüstan raket əleyhinə silah sistemi hazırlayacaq. Bu haqda Gürcüstan Müdafiə Nazirliyinin tabeliyində olan "Delta" müəssisəsini baş çəkən Gürcüstan prezidenti Mixail Saakaşvili məlumat verib. Modern.az gürcü KİV-lərinə istinadən bildirir ki, Saakaşvilinin sözlərinə görə, hərbi texnika hazırlamağa başladıqdan sonra bəlli olub ki, bu işdə yalnız təşkilatçılıq vacib imiş.
“Dövlət zavodları aviasiya zavodunu nəzarətə alandan sonra qumbaraatanlar, avtomatlar, minaatanlar, tank əlehinə silah istehsal etməyin mümkün olduğu aşkarlandı. Əminəm ki, əgər biz yaxşı işləsək, raket əleyhinə sistemi yığacağıq”.
Saakaşvili əlavə edib ki, onlar artıq pilotsuz uçucu aparatı sınaqdan keçiriblər. “Bəziləri onun oyuncaq olduğunu fikirləşirdi.Bizdə gələcək ildən eynisindən olacaq. Biz yeni elektrotexnika sahəsini inkişaf etdiririk. Getdikcə daha çox insan yeni texnologiyanı mənimsəməlidir”.
Onun sözlərinə görə, Gürcüstanda iki dəfə ucuz başa gələn qumbaraatanların, minaatanların və raket əleyhinə sistemlərin istehsalı başlanacaq.