Modern.az

Pensiyaçılara yeni xəbər var

Pensiyaçılara yeni xəbər var

Təhsil

13 Aprel 2012, 11:00

Pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a bildirilib ki, tender proseduru Maliyyə, İqtisadi İnkişaf nazirlikləri, Satınalmalar üzrə Dövlət Agentliyinin  nümayəndələrinin iştirakı ilə 69 lot üzrə keçirilibr. Tenderdə iştirak edən ödəniş təşkilatları qarşısında bir sıra yeni tələblər qoyulub. Belə ki, artıq plastik kartların pensiyaçılara çatdırılmasını Dövlət Sosial Müdafiə Fondunun şöbələri yerinə yetirməyəcək, həmin proses  bilavasitə tenderdə qalib gəlmiş bankın filialı tərəfindən  icra olunacaq.

  Bununla əlaqədar pensiyaçılar  müvafiq ərazi üzrə bank filialına müraciət etməklə öz plastik kartlarını əldə edə bilərlər. Bank filialı tərəfindən plastik kart şəxsiyyət vəsiqəsi əsasında pensiyaçıya şəxsən və ya onların nümayəndələrinə pensiyaçının bu məqsədlə notarial qaydada təsdiqlənmiş etibarnaməsi əsasında çatdırılacaq.

Modern.az      
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu