Modern.az

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanlarının şərtləri bilindi

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanlarının şərtləri bilindi

Təhsil

13 Aprel 2012, 12:46

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanları iki mərhələdə keçirilir.

Birinci mərhələdə abituriyentlər test imtahanı verirlər. Test imtahanında topladıqları ümumi balları bu ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər ikinci mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müvəffəqiyyət qazanan abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər. 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar aşağıdakı istiqamətlərə daxildir: 
1. Təsviri sənət 
2. Musiqi sənəti 
3. Memarlıq və dizayn 
4. Teatr, kino və xoreoqrafiya sənətləri 
5. Bədən tərbiyəsi və idman 

Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyent qəbul imtahanlarında iştirak etmək üçün ümumi qaydada elektron ərizəsini rəsmiləşdirməli, öz elektron ərizəsinə daxil olaraq "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni çap etməli, sonra seçdiyi ixtisasa müvafiq QİK-də seçmə turda iştirak etməlidir.  

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu