Modern.az

“Nyu Baku Post”dan - pulsuz qəzetdən hansı oxucular imtina edib?

“Nyu Baku Post”dan - pulsuz qəzetdən hansı oxucular imtina edib?

13 Aprel 2012, 13:03

Ötən həftənini cümə günü işıq üzü görən və oxuculara pulsuz paylanan “Nyu Baku Post” qəzetinin tirajının artırılması nəzərdə tutulur. Maraqlıdır, pulsuz paylanan “Nyu Baku Post” qəzetindən imtina edən oxucu olurmu?

Qəzetin redaktoru Kənan Quluzadənin Modern.az-a verdiyi məlumata görə, “Nyu Baku Post”un paylanılmasında heç bir çətinlik yaranmır:
“ Birinci sayı 10 min tirajla yayımlandı. Qəzetin paylanılmasına səhər saat 8–dən başlanıldı, günorta saat 2-də bütün tiraj paylanıb qurtardı. İkinci sayımızın tirajını 15 minədək artırdıq. Çünki 10 min tiraj bəs etmədi. Qəzetə tələbat var. Gələcəkdə isə bu sayı 20-35 min tiraja çatdırmaq istəyirik. Tələbatın artdığını hiss etsək, qəzetin həftədə bir dəfə yox gündəlik qəzet kimi çıxaracağımız da istisna edilmir. Artıq qəzetimizə abunə olmaq istəyən oxucular da var”.

Redaktorun sözlərinə görə, qəzet satışa çıxarılmaması üçün köşklərə verilməyəcək.
”Hətta bunun üçün redaksiyamızda “qaynar xətt” də yaratmışıq. Kimsə bu qəzetin satışda olduğunu görsə, 055 297 8 22 “qaynar xətt”inə müraciət edə bilər”.

Qeyd edək ki,  “Nyu Baku Post” qəzetinini bu sayında qəzetin paylanıldığı saat və məkanlar barədə qrafik də dərc olunub. Belə ki, qəzet səhər saat 8- 10 radələrində metrostansiyaların çıxışlarında,  saat 10-12 radələrində “Binə” və “Sədərək” ticarət mərkəzlərinini əsas girişlərində, saat 12-15 arası ali təhsil ocaqlarının qarşısında (Bakı Dövlət Univarsiteti, Texniki Universitet, Azərbaycan Dillər Universitet və s.), saat 14-17-dək Nizami küçəsi, “Xaqani” bağı, “Fəvvarələr meydanı”, “Səməd Vurğun” bağı, “Park Bulvar” və başqa yerlərdə, gün ərzində isə “Caspian Plaza”da , “Land Mark”da,  “Park Bulvar”da və  “Əli və Nino” kitab mağazalarında paylanacaq.   

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu