Modern.az

İcra başçısı Əhəd Abıyevin qardaşını işdən ÇIXARDI

İcra başçısı Əhəd Abıyevin qardaşını işdən ÇIXARDI

3 Mart 2020, 10:56

Masallı Rayon İcra hakimiyyətinin Başçısı Şahin Məmmədov 1-ci müavini Nadir Abiyevi işdən çıxarıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, İcra başçısı Ş.Məmmədov martın 2-də bununla bağlı iclas keçirib. O bildirib ki, Nadir Abiyevin 2 il öncə pensiya yaşı çatıb. O, bu müddətdə öz fəaliyyətini müqavilə ilə davam etdirib. Martın 3-də isə, onun müqaviləsi bitir. Buna görə, müqaviləni yenidən artırmaq fikrimiz yoxdur. 


Xatırladaq ki, Abiyev Nadir Mikayıl oğlu 1953-cü ildə anadan olub. 2006-ci ilin mart ayından 1-ci müavin işləyir.  Nadir Abiyev Daşkəsənin İcra Başçısı Əhəd Abyevin və hazırda “Telekomun” rəisi Səməd Abıyevin qardaşıdır.

 

Bu barədə ilk məlumatı cenub.az saytı yayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu