İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əxlaqsızlıq yuvası aşkarlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov rayonu ərazisindəki "Qlamour" massaj salonunda, oranın icarədarı Göyçay rayon sakini Sevanə Xəlilova əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.