Modern.az

İctimai Palata 8 aprellə bağlı mətbuat konfransı keçirib

İctimai Palata 8 aprellə bağlı mətbuat konfransı keçirib

Təhsil

13 Aprel 2012, 14:02

Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının mətbuat konfransı keçiriib. Modern.az bildirir ki, AXCP sədri Əli Kərimli, daha sonra isə Müsavat Partiyasının başqanı İsa Qəmbər jurnalistlər qarşısında çıxış edərək, İctimai Palatanın bir həftə əvvəl, aprelin 8-də Bibiheybət qəsəbəsində keçirilən mitinqin nəticələri və yekunları ilə bağlı danışıblar. Partiya sədrləri qeyd ediblər ki, iqtidarın  törətdiyi süni əngəllərə baxmayaraq aksiya uğurlu alınıb.

İsa Qəmbər və Əli Kərimli İctimai Palatanın aprelin 22-nə təyin etdiyi növbəti aksiyaya hazırlığın aparıldığını deyərək mitinq-yürüşün hərəkət istiqamətləri barədə açıqlama veriblər. İP 22 aprel mitinqində daha çox  insanın qatılacağına ümid edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu