“Biz azərbaycanlı və erməni icmalarının görüşünü hər dəfə istəyririk, amma ermənilər bizimlə görüşməkdən qaçırlar”
Modern.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri Bayram Səfərov jurnalistlərin erməni icması ilə görüşməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Ermənistanda hazırkı rejiminə rəhbərlik edənlərin əli azərbaycanlıların qanına bulaşıb. Bizim günahsız qadınların, uşaqların ölümündə onlar günahkardırlar. O adamlar bizlə hansı üzlə, necə görüşə bilərlər? Sadə adamların görüşməsinə də mane olurlar. Hər zaman demişik və yenə deyirik, görüşməyə hazırıq, birgə yaşamışıq, yenə də yaşamaq istəyirik”.
Dağlıq Qarabağ ermənilərinin yalnız Azərbaycan vətəndaşı kimi yaşaya biləcəklərini deyən icma sədri qeyd edib ki, Azərbaycan Konstitusiyana əməl etmək istəməyənlər Ermənistana çıxıb gedə bilərlər. “Əgər bizim qanunları qəbul etməyəcəklərsə qoy onlar ora getsinlər”-deyə B. Səfərov bildirib.
Mail AĞAXANOV