Bakı Zooloji Parkında Heydər Əliyev fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Archico şirkəti tərəfindən genişmiqyaslı yenidənqurma işləri aparılır.
Modern.az xəbər verir ki, Bakı Zooloji Parkının bərpadan sonra necə görünəcəyilə bağlı yeni fotoları dərc edilib.
Bildirilib ki, heyvanat parkında veterinar klinikası da fəaliyyət göstərəcək. Və bütün heyvanlar, quşlar və balıqlar Avropa Zooparklar və Akvariumlar Birliyinin (EAZA) standartlarına əsasən saxlanılacaq.
Xatırladaq ki, zooparkın ümumi ərazisi iki hektardan çox – 2,25-dən 4,25-ə genişləndiriləcək. Balacalar üçün zooparkda ev heyvanlarından ibarət “Sevimli guşə” və “Kəpənəklər evi” olacaq. Bununla yanaşı, zooparkda həm balıqlar, həm də suda-quruda yaşayanlar (amfibiya) üçün akvaterrariumlar da olacaq.