Modern.az

Müxalifət mitinqlə bağlı bu gün Hacıbala Abutalıbova məktub göndərəcək

Müxalifət mitinqlə bağlı bu gün Hacıbala Abutalıbova məktub göndərəcək

Təhsil

13 Aprel 2012, 14:14

İctimai Palata 22 aprel tarixinə təyin etdiyi yürüş-mitinqlə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edəcək. Bu barədə Modern.az-a İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, qurumun rəsmi məktubu texniki səbəbdən geciksə də, bu gün Bakı merinə mütləq təqdim olunacaq:

“Məktub hazırlanır. Sadəcə texniki probelem olduğu üçün məktubu biz tam variantında hazırlaya bilməmişik. Çox günam ki bu gün məktub təqdim olunacaq”

G.Aslanlı qeyd edib ki, müxalifətin 22 aprel mitinqi üçün  “Nərimanov” və “Təbriz” kinoteatrlarının və “Dərnəgül” metro stansiyasının qarşısındakı meydanlar göstəriləcək.

“Çox güman ki, bizim göstərdiyimiz yerlərə razılıq verilməsə  bu dəfə dəfə razılaşdırılmış yedə yürüşümüzü keçirdəcəyik”nlar təqdim etdiyi yerlərdə aksiyamızı keçirəcəyik”-deyə G.Aslanlı əlavə edib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu