Modern.az

"Media kuboku-2012" turnirinin püşkatması oldu - QRUPLAR

"Media kuboku-2012" turnirinin püşkatması oldu - QRUPLAR

Təhsil

13 Aprel 2012, 14:23


Mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı KİV komandaları arasında keçirilən "Media kuboku-2012" turnirinə start verilib. Modern.az saytı xəbər verir ki, bu gün “TREND” informasiya agentliyinin konfrans zalında püşkatma mərasimi keçirilib. Artıq 8-ci ildir ki, bu idman tədbirini "Şərq" qəzeti həyata keçirir.
Qəzetin baş redaktoru, turnirin təşkilat komitəsinin sədri Akif Aşırlı iştirakçı komandaların adların açıqlayıb.
Belə ki, “Şərq” qəzeti, ANS Şirkətlər Qrupu, “Səs” qəzeti, “Həftə-içi” qəzeti, “Space” TV, İctimai TV, “Gündəlik-Teleqraf” qəzeti, “Student-Times” qəzeti, PJB (Parlament Jurnalistləri Birliyi), “Səma” mətbuat yayımı, “Gün.az” saytı, BDU-nun Jurnalistika fakültəsinin tələbələri komanda kimi turnirdə iştirak edəcəklər. Oyunları AFFA-nın hakimlər briqadası idarə edəcək. Hər oyun üçün hakimlərə 20 manat pul verilməsi nəzərdə tutulub.           

Daha sonra püşkatma mərasimi küçirilib. Dörd qrup müəyyənləşib.

A qrupu

“Şərq” qəzet”, “Səma” mətbuat yayımı, “Student-Times” qəzeti

B qrupu

“Space” TV, “Həftə-içi” qəzeti, PJB (Parlament Jurnalistləri Birliyi),

C qrupu

“İctimai” Tv, “Gün.az” saytı, BDU-nun jurnalistika fakültəsinin tələbələri

D qrupu

ANS Şirkətlər qrupu, “Gündəlik-Teleqraf” qəzeti, “Səs” qəzeti

İlk oyunlar şənbə və bazar gününə təyin olunub. Açılış oyununda “ANS” Şirkətlər qrupu – “Səs” qəzeti üz-üzə gələcək.

Qeyd edək ki, həmişə olduğu kimi yarışlar  BDU-nun idman kompleksində keçiriləcək. Bu barədə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmova müraciət edilib. Mükafatlandırma sistemində də dəyişiklik var. Ötən illərdən fərqli olaraq bu dəfə turnirə "Muğanbank" tək sponsorluq edəcək. Artıq razılaşma əldə olunub və turnirin ümumi büdcəsi 7 min manatdır. 

I  yerin qalibi 1000, II yerin qalibi 800, III yerin qalibi isə 500 manatla mükafatlandırılacaq və hər birinə kuboklar təqdim olunacaq. 4 nominasiya müəyyənləşdirilib və hər nominasiya üzrə qaliblər 150 manat qazanmaqla yanaşı, hədiyyələr də əldə edəcəklər.

Bu dəfə də turnirə siyasi, mənəvi baxımdan dəstək olanlar diqqətdən kənarda qalmayacaq və xatirə hədiyyələri təqdim olunacaq. Oyunları AFFA-nın hakimlər korpusu idarə edəcək və artıq bu barədə rəsmi məktubla AFFA rəhbərliyinə müraciət edilib. Ən yaxşı hakimin də pulla mükafatlandırılması nəzərdə tutulub.



Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu