Modern.az

Şuşanın işğalı ilə bağlı tədbirlər planı hazırlanıb

Şuşanın işğalı ilə bağlı tədbirlər planı hazırlanıb

Təhsil

13 Aprel 2012, 15:26

“Prezident Administrasiyası Şuşanın 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb” Bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov məlumat verib. İcma sədri Şuşa şəhərinin işğalının 20 illiyi ilə bağlı ölkə başçısının sərəncamını yüksək qiymətləndirib:

“Prezident İlham Əliyevin Şuşanın 20-ci il dönümü ilə bağlı verdiyi sərəncam Şuşalılara olan münasibətinin  bariz göstəricisidi. Biz Şuşalılar cənab prezidentə öz təşəkkürümüzü bildiririk. İşğal olunan torpaqlar hər zaman prezidentin diqqət mərkəzindədir”

B.Səfərov  bildirib ki, Şuşanın 20-ci ildönümü ilə bağlı tədbirlər planın artıq ham hazırdır. Qeyd edilib ki, tədbirlər daha çox Şuşalıların məskunlaşdığı yerlərdə, o cümlədən ölkənin hüdudlarından kənarda da təşkil olunacaq. İcma sədri əlavə edib ki, 8 may tarixində bütün Şuşalılar Şəhidlər Xiyabanına toplaşaraq şəhidlərimizi anacaqlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mail Ağaxanov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu