Bu gün TRT-nin Bakı bürosunun rəhbəri Yüksəl Dəyərcan Modern.az saytının qonağı olub. Görüşdə saytın baş redaktoru Elşad Eyvazlı müasir Azərbaycanın elektron mediasının durumu, həmçinin Parlament Jurnalistəri Birliyinin fəaliyyəti barədə qonağa geniş məlumat verib
Y.Dəyərcan da öz növbəsində TRT-nin həyata keçirtdiyi yeni layihələri, o cümlədən Azərbaycanla bağlı fəaliyyəti haqda söz açıb.
Daha sonra Y.Dəyərcan Modern.az-ın redaksiya heyəti ilə tanlış olaraq onlara peşəkar məsləhətlərini verib və işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Y.Dəyərcanın Modern.az-a verdiyi geniş müsahibə yaxın günlərlə saytımızda dərc olunacaq
Modern.az