Modern.az

Ukraynanın Baş naziri istefa ərizəsi yazdı

Ukraynanın Baş naziri istefa ərizəsi yazdı

Dünya

3 Mart 2020, 23:20

Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk istefa ərizəsini Ali Radaya göndərib.

Modern.az  “Report”a  istinadən  xəbər verir ki, bu barədə Ukrayna parlamentinin sədri Dmitriy Razumkov açıqlama verib.

“Qonçarukun istefa ərizəsi parlamentə daxil olub” - deyə, Spiker bildirib.

Hazırda “Xalqın Xidmətçisi” partiyasının parlament fraksiyasında Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə toplantı keçirilir.


İclasda iştirak edən deputat Aleksandr Kaçuranın sözlərinə görə, dövlət başçısı baş nazirin müavini Denis Şmıqalı baş nazir təyin etməyi təklif edib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi