Azərbaycandan olan bir qrup Kəlbəcərli jurnalistin aprelin 3-də İranın ali dini rəhbəri Seyid Əli Xamneiyə göndərdiyi məktub ünvanına çatdırılıb. Bu barədə Modern.az saytına İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat verib. Qeyd edilib ki, azərbaycanlı jurnalistlərin məktubu artıq Seyid Əli Xamneiyə göndərilib.
“Biz jurnalistlərin yazdlığı məktubu Seyid Əli Xamneiyə göndərmişik, lakin cavabın nə zaman veriləcəyini dəqiq bilmirik”-deyə səfirlikdən bildirilib.
Rusiya səfirliyindən isə bildirilib ki, jurnalistlərin Vladimir Putinə ünvanladığı məktuba ən tezi bir ay müddətinə cavab veriləcək.
Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonundan olan jurnalistlər Rusiya prezidenti Vladimir Putinə və İranın dini rəhbəri Seyid Əli Xamneiyə Dağlıq Qarabağ probleminin həllinə kömək göstərmələri üçün məktub yazıblar.
Anar RÜSTƏMOV